İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland öz ordusunu Almaniyanın ixtiyarına verir?

Niderland 2023-cü ildə kollektiv Avropa müdafiəsini gücləndirmək naminə 3 quru briqadasının alman qüvvələrinə inteqrasiyasını başa çatdırmağı planlaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Niderland kral ordusunun komandanı general Martin Veynen bildirib.

Qeyd olunur ki, Niderlandın quru qoşunlarının tərkibində üç döyüş briqadası var, onlardan ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub. Niderlandın 13-cü yüngül piyada briqadası və Bundesverin 10-cu tank diviziyasının da birləşdiriləcəyi bildirilir.

Lakin bu planın Niderland ordusunun xüsusi təyinatlı bölməsi olan “Korps Commandotroepen”ə aidiyyəti yoxdur. Veynen iki ordu arasında qarşılıqlı fəaliyyətin yeni prinsiplərini də izah edib. Onun sözlərinə görə, alman komandirin əmrləri Niderland hərbçiləri tərəfindən müzakirəsiz yerinə yetiriləcək.

“Əgər Niderland komandiri Niderlandda öz qərarını vermək istəsə, bunun müzakirəsi ola bilər. Şübhəsiz ki, biz bir-birimizə hörmət etməliyik”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR