İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu SON vəziyyətini açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü həkimlərə köməklərinə görə təşəkkür edib və susuzluqdan əziyyət çəkdikdən sonra özünü çox yaxşı hiss etdiyini bildirib.

Musavat.com-un “Report”a istinadən xəbərinə görə, baş nazirin Şeba Tibb Mərkəzində qeydə alınan müvafiq videomüraciəti “Kan” radiosu və “Ynet” portalı tərəfindən dərc edilib.

“İndi özümü çox yaxşı hiss edirəm. Dünən mən Təbəriyyə gölündə günəş altında, baş geyimi olmadan və kifayət qədər susuz bir az vaxt keçirdim. Bu pis fikir idi”, - deyə o qeyd edib.

Netanyahu israilliləri istilərə görə günəşdə daha az vaxt keçirməyə və daha çox su içməyə çağırıb.

Qeyd edək ki, özünü pis hiss edən İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əviv yaxınlığındakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR