İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu razılaşdı: Münaqişə Dohada bitə bilər

İsrailin baş naziri Benyamin Netanyahu İsrail nümayəndə heyətinin avqustun 15-də Dohada (Qətər) Qəzza zolağı ilə bağlı keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

Musvat.com xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu İsrail nümayəndə heyətinin sabah Dohaya getməsini və danışıqlar üçün mandatı təsdiqləyib”, - deyə bildirilir. Nümayəndə heyətinə Mossadın rəhbəri David Barnea, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar, girovların mübadiləsi üzrə koordinator Nitsan Alon və baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri Ofir Falk daxildir.

Xatırladaq ki, Misir, Qətər və ABŞ İsrail və Fələstinin HƏMAS hərəkatını avqustun 14-15-də atəşkəs məsələsi ilə bağlı müzakirələri bərpa etməyə çağırıb. Üç ölkənin liderləri razılığa gəlmək üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR