Onlayn ictimai-siyasi qəzet
İsrail İrana qarşı müharibədə “tarixi qələbə” qazana bilib.
"Report"un xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində deyib.
"Biz nəsillər boyu qalacaq tarixi qələbəyə nail olduq. Biz iki ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarının və 20 min ballistik raketin məhv edilməsini", - Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail İranın nüvə layihəsini dondurub.
"Əgər kimsə belə layihəni canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - o fikirlərini yekunlaşdırıb.
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ