Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, onlara həm dəstək mesajı, həm də hakimiyyətə qarşı çıxış çağırışı ünvanlayıb.
“İranlılar, siz tək deyilsiniz: bütün İsrail sizinlədir, mən sizinləyəm, bütün dünya sizinlədir,” – deyə Netanyahu bildirib. O, İsrailin böyük su təchizatçısı olduğunu vurğulayaraq İrana su ilə kömək etməyi vəd edib. Bunun qarşılığında isə xalqı küçələrə çıxmağa, hakimiyyətin yaratdığı zülmə, yoxsulluğa və İsraillə müharibəyə etiraz etməyə səsləyib.
Musavat.com-un şərhinə görə, İran şəhərlərinə hərbi əməliyyatlar zamanı hava zərbələri əmr edən, Tehran, Təbriz, Ərdəbil, Nətanz, İsfahan kimi iri şəhərlərin bombalanmasında məsuliyyət daşıyan Netanyahu tərəfindən bu cür müraciət həm İran hakimiyyətini məsxərəyə qoymaq, həm də sarkazm xarakteri daşıyır.
Bu baxımdan, bəzi müşahidəçilər bunu İran xalqına dəstək jestindən çox, ironik və yumorlu bir mesaj kimi qiymətləndirirlər. Musavat.com olaraq, müraciəti olduğu kimi təqdim edir, nəticəni və qiymətləndirməni oxucuların ixtiyarına buraxırıq.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ