Onlayn ictimai-siyasi qəzet
Netanyahu Qəzza zolağında müharibəni dayandırmağa hazır olmadığını bildirib.
Musavat.com-un məlumatına görə, o bildirib ki, prezident Co Baydenin atəşkəs təklifi ilə bağlı dedikləri “dəqiq deyil”.
Qeyd edək ki, Bayden İsrailin Qəzzada atəşkəs və bütün girovların azad edilməsi təklifini HƏMAS-a çatdırdığını bildirib.
Bayden deyib: "İsrailin təşəbbüsünün birinci mərhələsi İsrail qoşunlarının Qəzzadan çıxarılması, girovların və həbs edilmiş fələstinlilərin azad edilməsini nəzərdə tutur. İsrailin Qəzza təşəbbüsünün ikinci mərhələsi hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılmasını tələb edir".
Bayden hesab edir ki, İsrail hökumət koalisiyasında münaqişəni uzatmaq və Qəzzanı işğal etmək istəyənlər var.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ