Onlayn ictimai-siyasi qəzet
Fransada prokurorlar “Buitoni” dondurulmuş pizzasından kütləvi zəhərlənmə ilə əlaqədar İsveçrənin “Nestle” şirkəti və onun yerli törəməsi olan Société des Produits Alimentaires de Caudry-yə (SPAC) qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüblər.
Musavat.com xəbər verir ki, bu barədə MarketWatch “Nestle”-nin press-relizinə istinadən məlumat yayıb.
İsveçrə şirkətinin nümayəndəsi bildirib ki, ittiham iyulun 2-də və 4-də irəli sürülüb, lakin istintaq davam edir, istintaq hələlik heç bir nəticə çıxarmayıb və məhkəmənin vaxtı təyin edilməyib. Fabriki təhlükəli pizza istehsal edən SPAC, bu vəziyyətdə baş verənlərə görə bütün məsuliyyəti öz üzərinə götürmək niyyətində olduğunu elan edib.
Kütləvi zəhərlənmə ilə bağlı araşdırma 2022-ci ilin martında başlayıb. Pizzanın içində E.coli olub. Uşaqlar da daxil olmaqla onlarla insan zəhərlənib, iki uşaq ölüb. “Buitoni” pizzasının istehsalı o vaxtdan dayandırılıb. 2023-cü ildə “Nestle” 63 qurban və onların ailələri ilə kompensasiya razılaşması əldə edib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ