Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullahla vida mərasimi zamanı Beyrut səmasında uçub.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda bildirilir ki, qırıcılar Beyrutun cənub bölgələri üzərində çox aşağı hündürlükdə uçaraq şəhərə hava hücumu imitasiyası ediblər. Bu, mərasimin keçirildiyi stadionda Nəsrullahın və onun ən yaxın silahdaşı, "Hizbullah"ın İcraiyyə Şurasının keçmiş sədri Haşim Səfiəddinin cənazələrinin gətirildiyi an baş verib. Bu zaman mərasim iştirakçıları "Amerikaya, İsrailə ölüm" şüarları səsləndiriblər.
Qeyd edək ki, hər iki siyasətçi İsrailin 27 sentyabr və 3 oktyabr tarixlərində Beyruta təşkil etdiyi hava hücumları nəticəsində həlak olub.
@@TVmusavat/109060@@
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ