İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrin Cavadzadə sevgilisi ilə birgə oynadığı serialla vidalaşdı: "Bu axşam son dəfə..."

Aktrisa Nəsrin Cavadzadə və aktyor sevgilisi Pamir Pekin çəkildikləri “Sandık kokusu” serialı ilə vidalaşıblar.

Musavat.com xəbər verir ki, bu barədə Nəsrin Cavadzadə sosial media hesabında paylaşım edib.

Aktrisa duyğusal sözlərlə izləyicilərinə təşəkkür edib:

“Bütün kədərlərimə baxmayaraq, 24 həftədir bizimlə olan dəyərli tamaşaçılarımıza təşəkkür etmək istədim. Bizi izlədiyiniz üçün minnətdaram. Ayça üçün çox darıxacağam. Bu obrazı yaratmaqda mənə dəstək olan hər kəsə sonsuz təşəkkürlər. Bu axşam sonuncu dəfə ən gözəl rənglərimizlə burada olacağıq!”

Xatırladaq ki, “Sandık kokusu” serialında iki sevgili obrazını canlandıran Nəsrin Cavadzadə və Pamir Pekin real həyatda da eşq yaşadıqlarını iki gün öncə açıqlayıblar.

Uzun müddətdir sevgili olduqları barədə şayiələr yayılan cütlük söz-söhbətə nəhayət son qoyaraq, birlikdə fotolarını sosial media hesabında paylaşıblar.

“Sandık kokusu” serialının ikinci sezonunda Nəsrin Cavadzadə “Ayça”, Pamir Pekin isə “Hakan” obrazını canlandırır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR