İnsanlara hürriyət, millətlərə istiqlal!

Nersisyan TƏSDİQLƏDİ: “Təklif almışam”

Qarabağ separatçılarının oyuncaq “baş prokuroru” Qurqen Nersisyan “dövlət naziri” vəzifəsini tutmaq təklifi aldığını təsdiqləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində bildirib.

“Mənə təklif gəldi, amma hələ qərar verməmişəm”, - Nersisyan bildirib.

Qurqen Nersisyanın adının Soros çevrələri ilə bağlandığı da qeyd olunur. Onun 2020-ci ilin iyulundan 2021-ci ilin fevralına kimi insan haqları sahəsində fəaliyyəti vurğulanır. Bəziləri onun Daniel İoannisyanla isti münasibətini vurğulayır, Nikol Paşinyanın da Nersisyanın təyinatını bəyəndiyini bildirirlər.

“Sorosçular öz müştəriləri ilə birlikdə belə saxta xəbərlər yayıb. Ancaq yaxşı ki, palçıq tökmək üçün başqa səbəblər tapmadan icad etməyə başlayırlar. İndi dəbdədir: başqa heç nə tapılmırsa, o zaman deyirlər ki, filan adam Sorosçudur” - Nersisyan deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR