İnsanlara hürriyət, millətlərə istiqlal!

NƏHAYƏT! Ermənistan tam SÜLH layihəsini Azərbaycana TƏQDİM etdi – Sülhəddin Əkbərlə CANLI

İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var.

Ermənistanın XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq. “Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”, – Mirzoyan əlavə edib.

"Dəhlizin yaradılması və ona nəzarətin üçüncü tərəfə verilməsini nəzərdə tutan hər hansı bir məsələ müzakirə olunmur". Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.

O, Naxçıvan yoluna nəzarətin özəl şirkətin mühafizəsinə verilməsi ilə bağlı sualı cavablandırarkən bildirib:

"Biz demişik ki, üçüncü güclərin olması və üçüncü güclərin nəzarəti Ermənistan üçün istisnadır. Bu, bizim üçün qəbuledilməzdir və mövqeyimizdə heç nə dəyişməyib.
Əslində insanların təhlükəsizlik hissini bir dərəcə artırmaq üçün hər iki ölkədə lisenziyası olan, qatarda yük və ya sərnişinləri müşayiət edə biləcək özəl mühafizə şirkətini cəlb edə bilərik".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını milli siyasət üzrə ekspert Sülhəddin Əkbər cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR