İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”yə görə utanıram! Ayıbdır!” - Mircavadov

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov “Neftçi”ni sərt tənqid edib.

Qol.az azersisport.com-a istinadən xəbər verir ki, komandanın Konfrans Liqasının ikinci mərhələdə “Aris”ə (Kipr) ilk oyundakı məğlubiyyətini şərh edən mütəxəssis deyib:

"Neftçi" beynəlxalq arenada belə oynamamalıdır! "Qarabağ" nə qədər güclü olsa da, "Neftçi" Neftçi"dir. Utanıram! Ayıbdır! Bilmirəm, məşqçi və heyətlə bağlı nə düşünürlər. Bəli, mövsümün ilk oyunu idi, amma müəyyən nəticəyə gəlmək olur. Yeni transferlər heç nə ilə yadda qalmadılar".

 

Mircavadov daha sonra deyib: "Şans var? Belə futbolla düşünmürəm. Elə bilirsiz, "Aris"in futbolçuları cavab matçında meydanda piyada gəzəcəklər? Kiprlilər ağıllı və sürətli oynayırlar. Şansımız yoxdur. Bəlkə də bəxtimiz gətirdi, amma bununla uzağa getmək olmaz. Siz şansdan ona görə danışırsınız ki, "Aris" bizimkiləri "bağışlayıb", 3-cü qolu vura bilmədi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR