Onlayn ictimai-siyasi qəzet
"Neftçi” klubu futbolçusu Eddi İsrafilovla yollarını ayırıb.
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Onun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunan 31 yaşlı yarımmüdafiəçi bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.//Report
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ