İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya dron hücumu: Neft anbarı partladıldı - VİDEO

Rusiyanın Voronej vilayətinin Liski şəhərində dronların neft anbarına hücumu nəticəsində böyük yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla gecə saatlarında qeydə alınıb və yanğının miqyasını azaltmaq üçün çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. 

Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib. Qusevin sözlərinə görə, hücum zamanı neft bazası ərazisinə bir neçə PUA düşüb. 

Məlumata görə, partlayışdan sonra anbarda güclü alovlanma başlayıb və qısa müddət ərzində yanğın ətraf ərazilərə yayılmaq təhlükəsi yaradıb. Hadisə nəticəsində anbara ciddi ziyan dəyib, lakin xəsarət alanlar və ya həlak olanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. 

Yerli sakinlər arasında narahatlıq artıb və təhlükəsizlik tədbirləri gücləndirilib. 

Xatırladaq ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində enerji obyektlərinə yönəlmiş dron hücumlarının sayı artıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR