Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"dan ayrılan cinah müdafiəçisi Marko Veşoviç "Turan Tovuz"a keçə bilər.
Monteneqrolu futbolçu bölgə komandasında oynamağın əleyhinə deyil.
Onun qərb təmsilçisində oynayıb-oynamayacağı hazırda davam etdirilən danışıqların nəticəsindən asılıdır. Belə ki, Tovuz klubu Veşoviçə illik 200 min dollar ödəməyə hazırdır. Balkan təmsilçilərindən 150-180 minlik təklifləri olan təcrübəli futbolçu isə "boz qurdlar"dan 220-250 min dollar aralığında pul istəyir. (fanat.az)
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ