İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Qara dəniz PLANI: Türkiyənin icazəsi olmadan MÜMKÜN DEYİL

ABŞ Montrö Konvensiyasının müddəalarını nəzərə alaraq, nüvə enerjisi ilə işləyən sualtı qayıqlarını Qara dənizə göndərmək istədikdə Türkiyədən rəsmi icazə almalıdır.

Musavat.com xəbər verir ki, bu məlumat “Türkiyə” qəzetinin beynəlxalq hüquq ekspertlərinə istinadən yaydığı hesabatda yer alıb.

1936-cı ildə imzalanmış Montrö Konvensiyası Türkiyəyə Bosfor və Dardanel boğazları üzərində suverenlik hüququ verir və boğazlardan hərbi gəmilərin keçidini tənzimləyir. Sülh dövründə Qara dəniz ölkələri Türkiyəni xəbərdar etdikdən sonra, boğazlardan döyüş gəmilərinin keçidinə icazə verilir. Digər ölkələr üçün isə gəmilərin tonajı və qalma müddəti ilə bağlı ciddi məhdudiyyətlər mövcuddur. Müharibə halında isə, Türkiyə qarşıdurmada iştirak edərsə və ya təhlükə hiss edərsə, boğazları döyüş gəmilərinə bağlamaq hüququna malikdir.

Beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner isə bildirib ki, “Türkiyənin belə bir icazə verəcəyini düşünmürəm”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdidlərinə cavab olaraq ABŞ-ın Rusiya ilə nüvə müharibəsinə tam hazır olduğunu bildirib. O, Rusiya tərəfinin bəyanatlarına cavab olaraq “öz xalqımızı qorumaq məqsədilə” nüvə sualtı qayıqların yerləşdirilməsi barədə göstəriş verdiyini qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR