İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza ilə bağlı SƏRT ÇAĞIRIŞ: “Tam ələ keçirilməli, HƏMAS məhv edilməlidir!” - VİDEO

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağının tam işğalına çağırış edib.

Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşdığı video müraciətdə bildirib.

“Biz bir mesaj göndərməliyik: bütün Qəzzanı ələ keçirmək, bütün bölgədə İsrail suverenliyini elan etmək, HƏMAS-ın hər bir üzvünü məhv etmək və fələstinlilərin Qəzzadan könüllü şəkildə köçməsinə şərait yaratmaq lazımdır. Girovları geri qaytarmağın və müharibəni qazanmağın yeganə yolu budur”, – nazir deyib.

O, bu çağırışını İslam dünyasının ən müqəddəs məkanlarından biri sayılan Qaya günbəzinin qarşısında dayanaraq səsləndirib.

Qeyd edək ki, bir qədər əvvəl o, Məbəd dağında keçirilən yəhudilərin dua mərasimində iştirak edib.

“The Times of Israel” nəşrinin yazdığına görə, bu, hazırkı İsrail hökumətində təmsil olunan bir nazirin orada ilk dəfə açıq şəkildə dua etməsi ilə yadda qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR