İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml təbliğatı Azərbaycanı nasist adlandırdı – “Moskovskiy Komsomolets” faşist dili ilə danışdı!

Rusiyanın əsas təbliğat ruporlarından olan “Moskovskiy Komsomolets” (MK) qəzetinin son məqaləsi rüsvayçı bir təxribatla Azərbaycanı nasist Almaniyası ilə müqayisə edib.

Musavat.com xəbər verir ki, MK öz alçaldıcı ritorikasında Azərbaycanın hüquqi ərazisində sökülmüş qanunsuz Ayvazovski heykəli bəhanəsilə ölkəmizi Üçüncü Reyxlə eyni sıraya qoyub.

Bu, artıq nə media azadlığı, nə fikir plüralizmi deyil – açıq-aşkar Kreml mətbuatının Azərbaycana qarşı ideoloji hücumudur!

Dünyanın dörd bir yanında Putin rejimi “Putler” kimi təqdim olunur, Rusiya Buça, Mariupol, İrpen, Xarkov, Krım və Donbasda mülki əhalini məhv edir, millətləri sürgün edir, dilləri, mədəniyyətləri silir, bütün bəşəriyyətə nüvə şantajı ilə hədə-qorxu gəlir…

Amma rəsmi Moskva və onun borazanı olan MK, utanmadan Azərbaycanı nasizmə bərabər tutmağa çalışır. Bunun adı siyasi və əxlaqi rəzillikdir.

Kreml rejimi özü kimdir?
• Çeçenistanda etnik soyqırımı həyata keçirən kim idi?
• Cənubi Osetiyadan on minlərlə gürcünü qovan kim oldu?
• Ukraynada müharibə cinayətləri törədən, insanları zorla köçürən kimdir?
• Krımda tatarların dilini, məktəblərini bağlayan, dini azadlıqları pozan hansı dövlətdir?

Bütün bu sualların cavabı Putinin Rusiya Federasiyasıdır – əslində nasist ideologiyasını canına hopdurmuş rejim məhz Kremldir!

MK-nın Azərbaycanı nasistlərə bənzətməsi isə sadəcə diplomatik münasibətləri pozmaq üçün düşünülmüş informasiya təxribatıdır.

Azərbaycan dövlətinin öz ərazisində, öz hüquqları daxilində qəbul etdiyi qərarları faşizmlə bərabərləşdirmək, Rusiya mediasının nə qədər çökdüyünün və siyasi cəhətdən azğınlaşdığının göstəricisidir.

Musavat.com Kremlin bu rəzil yalanını tam şəkildə ifşa edir və beynəlxalq ictimaiyyəti bu riyakar ritorikaya qarşı sərt mövqe tutmağa çağırır!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR