İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalada qadının ölümünün səbəbi bilindi

Neftçala rayonunda qadın infarktdan ölüb.

“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, rayonun Qaraymanlı kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

Qadının infarktdan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

***

Neftçala rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR