Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ukraynada atəşkəs tələb edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot X hesabında yazıb. Onun sözlərinə görə, Amerika prezidenti bu barədə Avropa liderləri ilə virtual sammit zamanı bildirib.
Tramp həmçinin əlavə edib ki, ərazilərlə bağlı danışıqlar “yalnız növbəti görüş zamanı Vladimir Zelenskinin iştirakı ilə aparılacaq”. Bundan əlavə, Amerika lideri görüş zamanı bildirib ki, “ABŞ Fransa, Böyük Britaniya və Almaniyanın birləşdirdiyi könüllü ölkələrin koalisiyasının hazırladığı təhlükəsizlik zəmanətlərinə qoşulacaq”. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, Ukraynanın istənilən mümkün ərazi güzəştləri birbaşa təhlükəsizlik təminatları ilə əlaqələndirilməlidir. Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp öz mövqeyini açıq şəkildə ifadə edib ki, NATO təhlükəsizlik təminatı verən qüvvələrin tərkibində olmamalıdır, çünki bu, Rusiya üçün mühüm məqamdır: "Prezident Tramp bunu bu sözlərlə açıq şəkildə ifadə etdi. O, hətta mənim üçün çox vacib olan şeyləri dedi: NATO bu təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmamalıdır və biz bilirik ki, bu, xüsusilə Rusiya tərəfi üçün güclü arqumentdir". Eyni zamanda, ABŞ və bütün müttəfiqlər, Trampın fikrincə, Makronun fundamental aydınlıq adlandırdığı bu zəmanətlərə daxil edilməlidir.
Fransa prezidenti həmçinin qeyd edib ki, danışıqlar zamanı Tramp Alyaska görüşündə ABŞ-ın Ukrayna və Rusiya arasında atəşkəsə nail olmaq istədiyini qeyd edib.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ