İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna LUKOIL-i VURDU– Yanğın BAŞLADI

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Volqoqrad vilayətinə hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, hüxum nəticəsində vilayətdə yerləşən neft emalı zavodunda neft məhsulları ətrafa dağılıb və yanıb.

Hücumun hədəfi olan “LUKOIL-Volqoqradneftepererabotka” müəssisəsi Cənub Federal Dairəsinin ən böyük yanacaq və sürtkü materialları istehsalçısıdır.

Qeyd edək ki, “LUKOIL-Volqoqradneftepererabotka” Rusiyanın iri yanacaq-yağ istehsalı müəssisəsidir. Zavod 1957-ci il dekabrın 21-də istismara verilib və həmin gün ilk benzin istehsal olunub. Müəssisə 1990-cı illərin əvvəlindən “LUKOIL” ASC-nin tərkibinə daxildir.

Zavod azkükürdlü Qərbi Sibir və Aşağı Volqa neftlərinin qarışığını emal edir. Xammal Samara–Tixoretsk neft kəməri ilə gətirilir. Hazır məhsullar dəmir yolu, çay və avtomobil nəqliyyatı ilə göndərilir. Əsas satış bazarı Cənub Federal Dairəsidir, məhsulun bir hissəsi isə ixraca çıxarılır.

2015-ci ilin məlumatına görə, zavod ildə 15,7 milyon ton emal gücünə malikdir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR