Onlayn ictimai-siyasi qəzet
"Neftin qiyməti düşsə də, oyun hələ bitməyib".
Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı qeyd edib ki, hazırda neft qiymətinin büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olması haqlı narahatlıq yaradır:
"Amma mövcud vəziyyət 2 səbəbdən elə də qorxulu deyil. Birincisi, 2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollar olub. Bu o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa, yarımillik orta qiymət büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq. Yəni ilin ilk yarısında maliyyə tarazlığı hələ ki, pozulmayacaq.
İkincisi, ABŞ-da Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli effekt verməyəcəyi artıq görünməkdədir.
Bu baxımdan, enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmirəm".
Xalidə Gəray
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ