İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri 72 dollardan aşağı düşdü

Neftin dünya bazar qiymətləri enişdədir. Ötən həftəni kəskin enişlə başa vuran bazar bu gün Çindən gələn müsbət siqnallar və OPEC+-ın hasilat artımını yenidən gecikdirəcəyinə dair gözləntilər əsasında bir qədər pozitivləşsə də, bu, uzun çəkməyib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, günortadan sonra Brent nefti 1 dollardan çox dəyər itirməklə 71.50 dollara qədər ucuzlaşıb. Hazırda qiymət enişi davam edir.

Qeyd edək ki, bu gün Çində rəsmi statistika açıqlanıb. Məlum olub ki, Çinin istehsal sənayesi üzrə Satınalma Menecerləri İndeksi (PMI) noyabrda bir ay əvvəl olan 50,1 bənddən 50,3 bəndədək artıb. Beləliklə, göstərici yeddi ayda maksimuma çatıb. 50 baldan yuxarı PMI dəyəri sənaye sektorunda aktivliyin artımını, aşağıda isə zəifləməni göstərir.

Xəbər bazarda Donald Trampın iqtisadi siyasətinin konturlarının açıqlanmasından dolayı yaranan bədbin əhvalı dəyişə bilməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR