Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Günel Zeynalova ifaçı qardaşı Tunar Rəhmanoğlunun övladı Rəhman üçün kiçik toy məclisi edib.
Sənətçinin dəvəti ilə məclisə gələn Xalq artisti Nazpəri Dostəliyeva “Dilbərim” adlı mahnısını ifa edib.
Bundan sonra Günelin atası Rəhman bəy Nazpərinin əlindən tutaraq Günelin yanına rəqs etməyə aparıb. Lakin Dostəliyeva rəqs etməkdən imtina edib. Buna səbəb isə ard-arda, əvvəlcə oğlu Əlinin daha sonra isə müğənni bacısı Zeynəb Dostəliyevanın həyatdan köçməsi olub.
Nazpəri məclislərdə çıxış etsə də, rəqs etmir. Günel bunu anlayaraq onu yanağından öpüb və məclislərinə gəlib iştirak etdiyi üçün ona təşəkkürünü bildirib.
Həmin anlar lentə alınıb və G.Zeynalova onları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sözügedən görüntüləri təqdim edirik:
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ