İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞƏT: “Ermənistan və Azərbaycana qapılar bağlı deyil”

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tərəfdaş dövlətlərlə müxtəlif formalarda dialoq və əməkdaşlığa açıqdır, təşkilatın məqsəd və prinsiplərini bölüşən ölkələr isə konsensus əsasında quruma qəbul oluna bilər.

Musavat.com xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Yermekbayev “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təşkilat “bloklama” anlayışından istifadə etmir:

“Hər hansı qərar müzakirələrin, baxışların və konsensusun nəticəsidir. Bir çox məsələlərin razılaşdırılması və həll olunması müəyyən vaxt tələb edir. Bununla belə, təşkilatın qapıları onun prinsiplərinə və maraqlarına zidd olmayan bütün dövlətlər üçün açıq qalır”.

Baş katib xatırladıb ki, 2024-cü ildə Astanada qəbul edilən qonşuluq, etimad və tərəfdaşlıq prinsiplərinə dair bəyanat bu mövqeni bir daha təsdiqləyib. Həmçinin Laosa dialoq tərəfdaşı statusunun verilməsi ŞƏT-in açıq xarakter daşıdığını nümayiş etdirib.

Qeyd edək ki, bundan əvvəl Hindistan Azərbaycanın, Pakistan isə Ermənistanın müraciətini dəstəkləməmişdi. Buna baxmayaraq, Yermekbayevin sözlərinə görə, təşkilata üzvlük məsələsi açıq olaraq qalır və yekun qərarlar yalnız konsensus əsasında qəbul edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR