Onlayn ictimai-siyasi qəzet
Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən "Telemexanika zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergiyə külli miqdarda borcu yaranıb.
Musavat.com xəbər verir ki, zavodun bu gün vergiyə olan borcu 22 milyon 133 min manatdır.
Qeyd edək ki, Telemexanika zavodu 1981-сi ildə Сihazlar zavodu adı altında fəaliyyətə başlayıb.
1988-сi ildə Сihazlar və Sənaye avtomatikası və Telemexanika zavodları birləşdirilərək Sənaye avtomatikası və Telemexanika zavodu adı altında fəaliyyət göstərib. 1991-сu ildə Telemexanika İstehsalat Birliyi yaradılıb.
1993-cü ildən Telemexanika İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-сi ildən Telemexanika zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.
İ.Muradov
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ