İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən Buzovna çimərliyində aşkarlanan suiti cəsədi ilə bağlı AÇIQLAMA - FOTO

Xəzər dənizi sahilində suiti cəsədi tapılıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Xəzərin Buzovna sahilinə düşən hissəsində tapılan heyvanın bədənində deşiklərin olması onun tora ilişərək yox, güllə yarasından ölməsi ehtimalını yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru Mehman Axundov bildirib ki, Buzovna sahillərində ölmüş suitinin müşahidə olunması ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər əsasında ərazidəki suiti cəsədinə vizual baxış keçirilib:

“Müşahidələr zamanı cəsədin üzərində qırmaq izlərinin olduğu müəyyən edilib. Suitinin təbii amildən deyil, brakonyerlər tərəfindən öldürüldüyü məlum olub”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR