İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik rəsmisi ölkədə yayılan virusdan danışdı

“İnsanlar soyuq havada qapalı məkanlara toplaşırlar. Bu da xəstələnmə hallarını artırmış olur. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son vaxtlar yayılan xəstəliklərlə bağlı danışarkən bildirib.

T.Eyvazov qeyd edib ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb: “Qrip ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq. Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir”.

Nazirlik rəsmisi antibiotiklərin həkim məsləhəti olmadan istifadəsinin düzgün olmadığını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR