İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdi

Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

Sfera.az-ın xəbərinə görə, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan əməkdaşımız müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.

Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.

Gənclər və İdman Nazirliyi göstərilən diqqətə görə, həkimlərə və eləcə də Universiadanın Təşkilat Komitəsinə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR