İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlə nərd oynayan Vəfadar kimdir?

Xəbər verdiyimiz kimi, iyunun 21-də Bakıda “İnsan Resursları Zirvəsi 2023” tədbirində Gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarından Vəfadar Babayev tərəfindən nərd duelinə dəvət olunmuşdu.

Nazir bu təklifə müsbət cavab verərək, görüşün tezliklə baş tutacağını bildirmişdi.

Gün ərzində isə artıq həmin duel gerçəkləşib. Qalibin kim olduğu isə sual olaraq qalır.

Azərforum Vəfadar Babayevin kimliyini araşdırıb.

Məlum olub ki, V.Babayev əslində sosial şəbəkələrdə və cəmiyyətdə kifayət qədər tanınan şəxsdir.

O, Memarlıq və İnşaat Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsinin məzunudur.

013–2014-cü illərdə hərbi xidmət keçib.

2017-ci ildə müəyyən biznes işləri ilə məşğul olub.

Təhsil sahəsində çalışıb. 

Facebook sosial şəbəkəsində populyar olan "Kişilər klubu" qrupunun təsisçisi və baş adminidir.

Qafqazinfo.az

Bir 2 kişi ve yazı görseli olabilir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR