Onlayn ictimai-siyasi qəzet
Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bildirilib ki, Fransanın xarici işlər naziri Stefan Sejurnenin Parisin Moskva ilə dialoqa maraq göstərməməsi barədə bəyanatları qəbuledilməzdir.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilir ki, fransalı nazir Fransanın Rusiya rəhbərliyi ilə dialoq aparmaqda maraqlı olmamasından danışıb və bildirib ki, rusların dərc etdikləri bəyanatlarda yalan məlumatlar var.
Rusiya XİN-də Leviyə belə sözlərin reallıqla heç bir əlaqəsi olmadığını diqqətə çatdırılıb.
“Biz Fransa Xarici İşlər Nazirliyi rəhbərinin bu bəyanatlarını iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünə xələl gətirmək məqsədi daşıyan şüurlu və düşünülmüş hərəkət kimi qiymətləndiririk”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı müzakirələr təşkil etməklə odla oynadığını bildirib. Rusiyalı diplomatın sözlərinə görə, Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını “siyasi konyuktura və seçki maraqları” naminə qurban verirlər.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ