İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavininin dərmanlarla bağlı dediklərinəMİLLİ MƏCLİSDƏ ETİRAZ

Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasındakı müzakirələrdə keyfiyyətsiz dərman vasitələrinin bazara necə daxil olması ilə bağlı deputatların suallarına reaksiya verdi.

Musavat.com-un məlumatına görə nazir müavini bildirdi ki, şəxsi məqsədlər üçün xaricdən dərman gətirilməsinə hər hansı problem yaradılmır: “Etiraf edək ki, bu kimi dərman vasitələri təkcə şəxsi istifadə məqsədi ilə olmur. Bu kimi vasitələrdən eyni zamanda şəxsi maraqlar üçün də istifadə olunur. Belə halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi arasında danışıqlar aparılacaq”.

Milli Məclisin sədri Sahibə Qafarova isə vurğuladı ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma apardıqdan sonra məlumat versə, yaxşı olar: “Siz qeyd etdiniz ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma aparacaq.Yaxşı olardı ki, araşdırma aparıldıqdan sonra Səhiyyə Komitəsinə də məlumat verilsin”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə nazir müavininin keyfiyyətsiz dərmanlarla bağlı dediklərinə bu cür reaksiya verdi: “Nazir müavini Rasim İsmayılov qeyd etdi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır, ona görə keyfiyyətsiz dərmanlar artır. Bunu təkcə vətəndaşların üstünə atmaq olmaz. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil. Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR