İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir məşhur deputatın qardaşı oğlunu YÜKSƏK VƏZİFƏyə təyin etdi

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Musavat.com xəbər verir ki, bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Nəcəf Novruzova həvalə edilib.

Bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib. Nəcəf Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, N.Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Manset.az-ın əldə etdiyi digər məlumata görə, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

necef.jpg (80 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR