Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanda koronavirusa yoluxma halları hələ də var. Lakin ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm".
Musavat.com xəbər verir ki, bunu report-un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda yetərincə vaksin ehtiyatı var:
"Bu baxımdan bu günə qədər heç bir peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram".
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ