İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Azərbaycan - ABŞ əməkdaşlığından DANIŞDI

“Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edirik. İki ölkə arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlığa əsaslanır və bu ölkələr bir çox sahədə, o cümlədən terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir”.

Musavat.com-un məlumatına əsasən, bunu Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Nazir qeyd edib ki, bu ilin noyabrında Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına hazırlıq işləri görülür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR