İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevlə bağlı cəzalar ortadan qaldırılır

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin (Elbaşı) toxunulmazlığının pozulması və təhqir olunması ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar ortadan qaldırılır. Bundan sonra hər kəs Nazarbayevi ürəyi istədiyi kimi tənqid edə biləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Bizmedia” portalı məlumat yayıb.

Qeyd edək ki, bununla bağlı Cinayət Məcəlləsindən 373 və 374-cü maddələrin çıxarılması gündəmə gətirilib.

Qanunvericiliyə edilən dəyişikliklərdə qanunsuz əldə edilmiş əmlakın dövlətə qaytarılması məsələsinə də toxunulub. İndi həmin əmlakların sahiblərini bu cür aktivləri gizlətdiklərinə görə cinayət təqibi gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR