İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin qardaşının zavodu əlindən alındı

Qazaxıstan Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyası Almatı Ağır Maşınqayırma Zavodunun 31,9 faiz səhmlərinin ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayevin əlindən alınması barədə qərar çıxarıb.

Qərara əsasən 2009-cu ildə B.Nazarbayevlə PLS-TM MMC arasında “Almatı Ağır Maşınqayırma Zavodu” səhmdar cəmiyyətinin nizamnamə fondunun 31,9 faizini təşkil edən adi adlı səhmlərinin satışı ilə bağlı bağlanmış müqavilə etibarsız elan olunub. B.Nazarbayev səhm paketini Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Əmlakı və Özəlləşdirmə Komitəsinə qaytarmalıdır.

Qeyd edək ki, Almatı Ağır Maşınqayırma Zavodu neft-qaz, enerji, dağ-mədən, kokskimya, metallurgiya, boruprokat sənayesi üçün avadanlıqların istehsalı ilə məşğuldur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR