İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayev: “2022-ci ildə Qazaxıstanda baş verən iğtişaşlara Kiyevdən rəhbərlik edilib”

Qazaxıstan Respublikasının keçmiş rəhbəri Nursultan Nazarbayev bildirib ki, 2022-ci ilin əvvəlində ölkədə baş verən faciəli hadisələrin arxasında ukraynalılar dayanıb.

Bu haqda siyasətçinin “Mənim həyatım. Asılılıqdan azadlığa” adlı xatirələrində oxumaq olar. Kitab Qazaxıstanda dekabrın 1-i cümə günü satışa çıxarılıb.

Siyasətçi yazır ki, Qazaxıstanda etiraz aksiyasını əlaqələndirən müxalifətçi Muxtar Ablyazovun qərargahı Kiyevdə yerləşib. Ablyazovun etirazçılara müraciət etdiyi sosial şəbəkədə Ukrayna kodu olan telefon nömrəsi olub. Nursultan Nazarbayev yazır ki, əsl siması tamamilə üzə çıxan radikal müxalifətçi qan tökülməsində iştirakından açıq danışıb.

Nazarbayevin memuarlarında bildirilir ki, ötən yanvar ayında Qazaxıstan öz tarixinin ən çətin imtahanından keçib. Onun fikrincə respublikada vəziyyət yalnız ölkə lideri Qasım-Jomart Tokayevin KTMT üzvlərini köməyə çağırması sayəsində sabitləşib.

Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Almatı vilayətinin Kaskelen rayonunun Çemolqan kəndində anadan olub. O, postsovet məkanında hakimiyyətdə ən uzun müddət qalma rekordçusudur. Nazarbayev 1989-cu ilin iyunundan 2019-cu ilin martına qədər, təxminən 30 il Qazaxıstana rəhbərlik edib və daha sonra hakimiyyətini öz siyasi varisi Tokayevə ötürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR