İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Naxçıvan şəhərində baş verən avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, 3 gün öncə yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını avtomobil vurub.

Şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan hadisədən sonra zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

68 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR