İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda fövqəladə vəziyyət yaranıb? - Dünən gecə saatlarında təcili müşavirə keçirilib

Dünən gecə saatlarında Naxçıvan Muxtar Respublikasında təcili müşavirə keçirilib.

Musavat.com-un məlumatına görə bu barədə TNS-ə Naxçıvandan məlumat verilib.

Ali Məclisin binasında gecə saat 21:00-22:00 radələrində başlayan müşavirədə muxtar respublikanın rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin sədrliyi ilə keçirlən müşavirə saatlarla davam edib.

Bununla bağlı ictimaiyyətə açıqlama verilmədiyindən müşavirədə müzakirə olunan məsələlər barədə məlumat yoxdur.

Hesab edirik ki, əgər axşam saat 21:00-22:00 radələrində təcili müşavirə çağırılıbsa, icas saat 4-də qədər davam edibsə, deməli, ciddi məsələlər müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR