İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda daha bir müşavirə, Talıbovlarla bağlı son VƏZİYYƏT açıqlandı – Hafiz Hacıyevlə “Canlı debat”

Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən müşavirənin gündəliyindəki məsələ təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsi olub.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov APA-nın yerli bürosuna bildirib ki, müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması ilə bağlı ətraflı məlumat verilib.

“Düşünürük ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda, digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Həmçinin, kənd təsərrüfatı, eləcə də şəhər yerləri üzrə həm əhali statistikası, həm də digər sahələrlə bağlı daha müfəssəl məlumatların əldə edilməsinə şərait yaradacaq. Müşavirədə zəruri tövsiyə və tapşırıqlar verilib. Qısa müddət ərzində tərəfimizdən də metodoloji dəstək göstəriləcək və bu məlumatların elektron informasiya sisteminə daxil edilməsi, onların emalı ilə bağlı məsələlər öz həllini tapacaq. Əsas məsələ təsərrüfatbaşına uçot sənədlərinin bütün bölmələrinin faktiki göstərişlər əsasında həyata keçirilməsi və onların tərtib edilməsidir”, – Yusif Yusifov qeyd edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR