İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda arvadına "haradan pul tapım?" deyən ər həbs edildi

Naxçıvan şəhərində arvadı tərəfindən pul vermədiyi üçün polisə şikayət olunan kişi həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, 1960-cı ildə Şərur rayon Təzəkənd kəndində doğulmuş Q.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib.

Təqsirləndirilən şəxsin həyat yoldaşı onunla bağlı polisə şikayət edib. Q.B. isə məhkəmədə özünü günahkar görməyib.

O qeyd edib ki, evinin tələbatlarını qarşılamağa çalışır, amma yenə də həyat yoldaşı S.B.-nı razı sala bilmir. Həyat yoldaşı onunla bağlı yenə də qonşuların yanında deyir ki, guya evə baxmır. Bu sözlər də onu əsəbiləşdirir. Son hadisə zamanı - axşam saatlarında yorğun halda evə gəlib, yeməyini yeyib dincələn zaman S.B. yenə ondan pul istəyib, o isə hirslənərək "pul yoxdur, fəhlə adamam, haradan pul tapım?" deyərək yatmağa gedib.

Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı. şikayətçi S.B ərini xəsislikdə ittiham edib. Bildirib ki, illərdir ki, övladlarının qayğısını çəkməyə, işlədiyi dövrlərdə daim evin ehtiyaclarını ödəməyə çalışıb. Qadının iddiasına görə, ərinin istədiyi odur ki, kimsə ondan bir qəpik belə pul istəməsin. Problemləri də əsasən pul üstündə olur.

Artıq səbrinin tükəndiyini deyən S.B. hadisə baş verən gün yenə ərindən pul istəyib, əvəzində kişi onu söyərək təhqir edib. O da Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub.

Polis gələndə Q.B. onlara da müqavimət göstərib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR