Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvanın baş naziri təyin edilib.
Musavat.com yeni təyin olunan baş nazirin tərcümeyi-halını təqdim edir:
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Baş nazir təyinatına qədər Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri postunu tuturdu.
Evlidir, iki övladı var.
E.Məmmədəliyev,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ