İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı həbsinin ikinci ildönümündə yazdı: “İnanıram ki...”

Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsindən 2 il keçir.

Musavat.com xəbər verir ki, rusiyalı müxalifətçi bu münasibətlə sosial şəbəkədə paylaşım edib.

“Rusiya mənim ölkəmdir. Mən onlara öz ölkəmi verməyəcəyəm və inanıram ki, zülmət yox olacaq. Biz çoxuq və əlbəttə, korrupsioner hakimlərdən, yalançı təbliğatçılardan və Kreml oğrularından daha çoxuq”, - Navalnı qeyd edib.

Keçən ilin iyun ayından Vladimir vilayətində sərt rejimli koloniyada saxlanılan müxalifətçinin sözlərinə görə, o, tamhüquqlu vətəndaşdır və onunla eyni fikirdə olanlarla birləşmək, siyasi fəaliyyət göstərmək hüququ var.

Navalnının koloniyada olduğu müddətdə Rusiya hakimiyyəti faktiki olaraq müxalifətçi ilə əlaqəli siyasi strukturları tamamilə məhv edib. Siyasətçinin qərargahı və onun təşkil etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu Rusiyada “ekstremist təşkilatlar” kimi tanınıb və fəaliyyəti qadağan edilib. Təşkilatın onlarla üzvü ya həbsdədir, ya da Rusiyanı tərk etməyə məcbur olub.

Xatırladaq ki, Navalnı “Noviçok” qrupunun hərbi kimyəvi maddəsi ilə zəhərlənərək bir neçə ay reabilitasiya kursu keçdiyi Almaniyadan Moskvaya qayıdan gün Rusiya hakimiyyəti tərəfindən həbs olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR