İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Ukraynaya görə 3 yerə parçalanıb – “qırğılar”, “göyərçinlər” və...

Ötən ayın sonunda İspaniyanın paytaxtı Madriddə NATO-nun kritil sammiti keçirildi. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Alyansın ilk ən yüksək səviyyəli toplantısı idi. Sammitdə Rusiya yekdilliklə NATO-nun təhlükəsizliyi üçün ən ciddi təhdid” elan olundu.

Bununla belə, Musavat.com-un Böyük Britaniyanın “The Sunday Times” nəşrinə istinadən verdiyi xəbərə görə, Ukrayna məsələsində hələ də Alyans daxilində yekdillik yoxdur. Qəzet Rusiya-Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı ölkələrin üç düşərgəyə bölündüyünü yazıb.

Nəşrin bildirdirdiyinə görə, NATO tərkibində “qırğılar”, “göyərçinlər” və “dəvəquşu” adlandırılan üç ölkə qrupu formalaşıb. Qəzetin qənaətincə, “qırğılar” qrupuna aid olan dövlətlər hesab edir ki, Rusiyaya elə bir zərbə vurmaq lazımdır ki, bir daha o, öz qonşuları üçün təhlükə yarada bilməsin. Bundan əlavə, onların fikrincə, NATO Donbas və Krımı Ukraynanın nəzarətinə qaytarmaq üçün mümkün olan hər şeyi etməli, həmçinin Rusiyada hakimiyyət dəyişikliyi üçün zəmin yaratmalıdır. Bu kateqoriyaya Rusiya ilə həmsərhəd ölkələr, xüsusən də Polşa daxildir.

“Göyərçinlər” qrupuna nəşr Ukraynanın ərazi güzəştləri hesabına olsa belə, hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olan ölkələri aid edib. Bu xüsusda onlar rus qoşunlarının fevralın 24-dək olan mövqelərinə çəkilməsinə razı ola bilərdilər. Qəzet bu kontekstdə Skandinaviya ölkələrindən birinin adı açıqlanmayan rəsmisinə istinadən yazıb ki, “belə bir sövdələşmə ədalətsiz olardı, amma praktikdir”.

“Dəvəquşu” qrupuna isə qəzet alyansın sənədlərini formal olaraq dəstəkləyən, daha az müqavimətli bir yol axtaran və ən çox öz daxili problemlərinə fokuslanan ölkələri aid edib. “The Sunday Times”ın yazdığına görə, bu qrupa ələlxüsus Cənubi Avropa ölkələri daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR