İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Ukraynaya çoxillik strateji yardım proqramı hazırlamağa başlayıb

NATO ölkələri Ukraynaya çoxillik strateji yardım proqramının hazırlanmasına başlamaq barədə razılığa gəliblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

O söyləyib ki, Ukrayna silahlarının NATO standartlarına uyğunlaşdırılmasına kömək edəcəklər.

Y.Stoltenberqin sözlərinə görə, Ukraynanın gələcəyi Avro-Atlantik məkanla bağlıdır.

Baş katib Ukraynaya gələcək yardım proqramının təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Y.Stoltenberq bundan əvvəl bildirmişdi ki, NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro dəyərində hərbi yardım edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR