Onlayn ictimai-siyasi qəzet
NATO Ukraynada Sovet dövründən qalma silah sistemlərinə sərmayə yatırmaq haqqında düşünür.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
“Biz ukraynalıların ehtiyac duyduqları şeylər üçün hər variantı nəzərdən keçiririk. Bunlardan biri də onilliklər ərzində onların arsenalında saxlanılan sovet dövründən qalma silah sistemləridir.Ona görə də biz bütün bunları nəzərdən keçiririk”, - deyə Blinken bildirib.
“The New York Times“ bazar günü yazıb ki, NATO Ukraynanın hələ də Sovet dövründən qalma artilleriyasını dirçəltmək üçün Çexiya, Slovakiya və Bolqarıstandakı köhnə zavodlara sərmayə qoymağı müzakirə edir.
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ