İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO: Rusiyanın Ukrayna torpaqlarına nəzarəti yalnız de-fakto tanına bilər

NATO Baş katibi Mark Ryutte bildirib ki, Rusiya tərəfindən işğal edilmiş Ukrayna əraziləri de-fakto tanınmalıdır.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, O, bu fikrini 10 avqustda ABC News-a verdiyi müsahibədə səsləndirib.
Ryuttenin sözlərinə görə, danışıqlar gündəmində “iki böyük məsələ” olmalıdır:

“Birincisi — ərazilərdir və biz qəbul etməliyik ki, hazırda Rusiya Ukrayna ərazilərinin bir hissəsinə nəzarət edir. Sual isə atəşkəsdən sonra necə irəliləmək və bunun Ukrayna üçün təhlükəsizlik təminatları baxımından nə demək olacağı ilə bağlı olacaq”, — deyə o vurğulayıb.

Baş katib həmçinin izah edib ki, gələcək razılaşmada işğalçıların bəzi Ukrayna ərazilərinə nəzarətinin tanınması məsələsi yalnız faktiki tanıma olmalıdır:

“Bu, yalnız faktiki tanınma olmalı, amma hüquqi, yəni de-yure tanınma olmamalıdır. Hamımız xatırlayırıq ki, Litva, Estoniya və Latviya 1940-cı ildən 1991-ci ilə qədər Vaşinqtonda səfirliklərini saxlayırdılar. Bu, Sovet İttifaqının onların ərazilərinə faktiki nəzarətinin qəbul edilməsi demək idi, amma heç vaxt bu faktla hüquqi razılaşma anlamına gəlməyib.”


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR