İnsanlara hürriyət, millətlərə istiqlal!

“NATO-nun Rusiyaya qarşı aqressiv niyyəti yoxdur”- ABŞ Dövlət Departamenti

“NATO-nun Rusiyaya qarşı aqressiv niyyəti yoxdur”.

Azpost.info xəbər verir ki, ABŞ Dövlət Departamenti Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin NATO-nun yeni strateji konsepsiyası ilə bağlı bəyanatını belə şərh edib.

“NATO heç bir ölkə üçün təhlükə yaratmayan və Rusiyaya qarşı aqressiv niyyəti olmayan müdafiə ittifaqıdır”, – Departamentin adı açıqlanmayan yetkilisi deyib.

İyunun sonunda NATO liderləri alyansın inkişafı üçün yeni strateji konsepsiya üzərində razılığa gəliblər. Orada Rusiya hərbi blokun təhlükəsizliyinə əsas təhdid adlandırılır. Eyni zamanda, konsepsiyada NATO-nun Rusiya ilə qarşıdurmaya can atmadığı və Moskva üçün təhlükə yaratmadığı bəyan edilir.

Patruşev hesab edir ki, bu sənəddə NATO Rusiyanı düşmən adlandırıb. Onun fikrincə, NATO-nun genişlənməsi və alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması gərginliyin artmasına, Avropada təhlükəsizliyin və sabitliyin pozulmasına gətirib çıxarır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR