İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun baş katibi: “Silahımız tükənir”

“Şimali Atlantika Alyansının silah-sursat ehtiyatlarının böyük hissəsi tükənib. Bu baxımdan onların istehsalını artırmaq lazımdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katib Ukraynaya uzunmüddətli dəstək üçün onun hərbi potensialını aktivləşdirməyin lazım olduğunu vurğulayıb.

Stoltenberq Alyansın silah və sursat ehtiyatlarının böyük hissəsinin tükənməsi səbəbindən hərbi-sənaye kompleksinin fəaliyyətini gücləndirməyə çağırıb. NATO baş katibinin fikrincə, bunun üçün Alyans ölkələri Ukraynanın müdafiəsini gücləndirmək naminə böyük qiymət (daha yüksək enerji qiymətləri və digər iqtisadi nəticələr daxil) ödəməyə hazır olmalıdırlar. Çünki Ukrayna onlara görə daha ağər bədəl ödəyir.

“Bunu heç vaxt unutmamalıyıq: bizim ödədiklərimiz sadəcə pulla, Ukraynanın ödədiyi qiymət isə hər gün həyatla, qanla, ölçülür və biz onları dəstəkləməyə borcluyuq”, - deyə Yens Stoltenberq qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR